EN

Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu

Xəbər verdiyimiz kimi, Baş Prokurorluqda kadr dəyişiklikləri olub.

"Cebheinfo.az"ın məlumatına görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Kazımova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

"Cebheinfo.az" 

Chosen
30
15
cebheinfo.az

10Sources