EN

Argentinada “Rusiya casus şəbəkəsi” üzə çıxıb

Argentina “Rusiya casus şəbəkəsini” üzə çıxardığını bildirib...

Poliqon bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Hökumət sözçüsü Manuel Adorni bildirib ki, onun məqsədi “Argentina dövlətinə qarşı dezinformasiya kampaniyaları və əməliyyatlar aparmaq üçün” Rusiyaya sadiq insanlardan ibarət qrup yaratmaq olub. Bəyanatda qeyd edilib ki, Kreml tərəfindən maliyyələşdirildiyi iddia edilən “Şirkət” adlı təşkilat Vaqner PMC-nin mərhum rəhbəri Yevgeni Priqojinin “trol fabriki” kimi təsis etdiyi Laxta layihəsi ilə əlaqəlidir.

Argentina kəşfiyyatının məlumatına görə, ölkədə yaşayan Rusiya vətəndaşı Lev Andriaşvili həyat yoldaşı İrina Yakovenko ilə birlikdə yerli strukturlarla əlaqə yaradaraq dezinformasiya yaymaq üçün pul paylayıb. Xüsusilə, bu evli cütlük sosial şəbəkələrdə yazılar yazıb, vətəndaş cəmiyyəti təşkilatları və qeyri-hökumət təşkilatları (QHT) ilə əlaqə qurub, həmçinin ölkədə baş verəcək siyasi hadisələrlə bağlı məlumat toplayıb.

Rusiyanın ölkədəki səfirliyi ruslara qarşı şübhələri “casus manyaklığının” növbəti mərhələsi adlandırıb və bunda Moskvanın əleyhdarlarının iki ölkə arasında münasibətlərə çaxmaq salmaq cəhdini görüb. Buenos-Ayres mütəşəkkil cinayətkarlıq, terrorizm və xarici təsirlərlə məşğul olacaq Amerika Federal Təhqiqat Bürosuna bənzər yeni bir istintaq mərkəzinin yaradıldığını elan edib.

Poliqon.info 

Chosen
10
1
poliqon.info

2Sources