Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb..
Poliqon xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Sijarto bildirib.
O bildirib ki, səfirliyin 15 əməkdaşı ailələri ilə birlikdə Azərbaycana gedib.
Bolqarıstanın baş naziri Rosen Jelyazkov isə qeyd edib ki, ölkəsi Tehrandakı səfirliyini bağlayıb və İran-İsrail arasında gərginləşən münaqişə fonunda diplomatik işçilərini, onların ailələrini Azərbaycana təxliyə edib.
Poliqon.info