İranın səhər saatlarında İsrailin Xolon şəhərinə endirdiyi raket hücumunun ardından şəhər bələdiyyəsi əhalinin təxliyəsinə başlayıb.
Referans bildiri ki, Globalinfo.az “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə Xolon şəhər bələdiyyəsinin yaydığı açıqlamada qeyd olunub.
Hücumdan 12 saat sonra yayımlanan rəsmi məlumata əsasən, 746 nəfər sakin təhlükəsizlik məqsədilə hotel və digər müvəqqəti sığınacaqlara köçürülüb. Bələdiyyə rəhbərliyi uçma təhlükəsi olan 5 binanın tamamilə dağıdılması üçün hazırlıq gördüklərini də açıqlayıb.
Bildirilir ki, hücum zamanı azı 38 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, İranın son hücumları fonunda İsrailin bir çox şəhərində fövqəladə vəziyyət elan edilib və infrastruktur obyektlərində ziyan qeydə alınıb.