...İsveçrədə, əsasən, 2500 metrdən yuxarı hündürlüklərdə daimi donmuş torpaqlar ərazinin təxminən beş faizini əhatə edir.
Deməli, son 25 ildir ki, buzlar əriyir. SİA-nın əldə etdiyi məlumata görə, son 20 ildə permafrostun yuxarı aktiv təbəqəsi bir neçə metr dərinləşib və 2024-cü ildə rekord səviyyəyə çatıb.
Son üç ildə İsveçrədə havanın temperaturu iqlim normasını 1,4-1,9 dərəcə selsi keçib.
Permafrostların istiləşməsi çökmələrə və sürüşmələrə səbəb ola bilər.
Alimlər qorxurlar ki, əbədi buzlaqların daha da istiləşməsi dağ infrastrukturunun sabitliyinə ciddi təsir göstərəcək - ölkənin ən böyük alpinizm klubu olan Swiss Alpine Club-ın dağ daxmalarının üçdə birindən çoxu risk altında ola bilər.
...Bundan əvvəl alimlər Əfqanıstanın paytaxtı Kabilin qlobal istiləşmə səbəbindən susuz qalan ilk müasir şəhər olma riski ilə üzləşdiyini bildiriblər.
Bu, 2030-cu ilə qədər baş verə bilər.
Nazlı Almuradova