EN

İsrail İranla bağlı Rusiyaya söz verdi

Rusiya Xarici İşlər Nazirliyinin İranla bağlı İsrailə xəbərdarlıq etməsindən sonra Kreml də Tehrana dəstək bəyanatı yayıb. Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov İranın Rusiyadan hərbi yardım istəmədiyini deyib. Peskov, "Birincisi, Prezident Putin bildirib ki, İran hərbi yardım istəməyib. İkincisi, hətta İranla razılaşma kontekstində belə hallarda hərbi yardım nəzərdə tutulmayıb. Lakin ümumilikdə dəstəyimiz açıqdır" - deyə bildirib. Peskovun sözlərinə görə, Rusiya İranla tərəfdaşlıq, İsraillə isə etimada əsaslanan münasibətləri davam etdirir.

Kremlin sözçüsü həmçinin bildirib ki, İsrail İranda Rusiya tərəfindən inşa edilən Buşəhr Atom Elektrik Stansiyasında işləyən rusiyalı ekspertlərin təhlükəsizliyinə söz verib.

Chosen
11
metbuat.az

1Sources