EN

“Rosatom”un baş direktoru İsrail hakimiyyətinə xəbərdarlıq etdi: nəticələri çox ağır olacaq

“Rosatom”un baş direktoru Aleksey Lixaçev İsrail hakimiyyətini İranın Buşehr AES-ə zərbə endirilməsi ilə bağlı “hətta eyhamı” istisna etməyə çağırıb.

O, mümkün hücumun nəticələrini Çernobıl qəzası ilə müqayisə edib: “Biz hər saat vəziyyəti izləyirik, saatlarımızı sinxronlaşdırırıq. Təbii ki, biz Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanlarımızla qarşılıqlı əlaqədəyik. Və təbii ki, biz böyük narahatlıq keçiririk. Və bir daha İsrail hakimiyyətini lazımsız bir şeyin eyhamını belə buraxmamaq üçün mümkün olan hər şeyi etməyə çağırmaq istərdim.

Qeyd edək ki, Buşehr AES-də Rusiyadan 200-dən çox mütəxəssis çalışır. Aleksey Lixaçev bildirib ki, zavodda ezamiyyətdə olan işçilər İrandan çıxarılıb. O əlavə edib ki, “Rosatom” qalan hissəsini Buşehrdə buraxmağı mümkün hesab edir. Eyni zamanda, dövlət korporasiyası bütün rus işçilərinin sürətlə evakuasiyası da daxil olmaqla “istənilən ssenariyə” hazırdır.

//Samir Qurbanov, Editor.az

Chosen
21
editor.az

1Sources