EN

Macarıstan Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır

Macarıstan Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır, təklif öz qüvvəsindədir.

Bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) kuluarlarında jurnalistlərə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Biz buna hazırıq (Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyinə). Müharibə başlayandan üç-dörd gün sonra mən Rusiya xarici işlər naziri [Sergey] Lavrova və Ukraynadakı prezident administrasiyasının rəhbəri cənab [Andrey] Yermaka zəng etdim. Onlara dedim ki, Macarıstan iki tərəf arasında istənilən təklifi faydalı hesab edərsə, bu təklifi qəbul etməyə hazırdır. Bu hələdə etibarlıdır, biz bunu geri götürməmişik”, - Siyarto qeyd edib.

"Bunu hamı bilir, ona görə də bu şəkildə kömək edə bilsək, xoşbəxtik", - xarici işlər naziri deyib.

Chosen
8
aznews.az

1Sources