EN

Parma 30 yaşlı məşqçiyə tapşırılıb

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İtaliya A Seriyası təmsilçisi "Parma"nın yeni baş məşqçisinin adı açıqlanıb.

İdman.biz xəbər verir ki, komandaya 30 yaşlı Karlos Kuesta başçılıq edəcək.

O, İtaliya çempionatları tarixində bu vəzifəni tutan ikinci gənc məşqçidir. Kuestadan əvvəl 1939-cu ildə Elio Loski 29 yaşında "Triestina"da oynayan məşqçi funksiyasını yerinə yetirib.

Karlos zədə üzündən futbolçu karyerasını 18 yaşında başa vurub. İspaniyalı mütəxəssis 2020-ci ildən "Arsenal"da Mikel Artetanın məşqçi heyətində yer alıb.

Qeyd edək ki, son mövsümdə A Seriyasını 16-cı pillədə başa vuran "Parma"nın baş məşqçisi Kristian Kivu "İnter"ə keçib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
1
icma.az

2Sources