Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına dair məxfi əmri məhkəmədə tədqiq edilib
İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənəd tədqiq edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd “Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul edilməsi haqqında” əmr adlanır. Sənədlə, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il sentyabrın 28-dək sənədə əlavə olunmuş siyahıda göstərilən yaşayış məntəqələrinin atəşlə məhv edilməyə qəbul olunmasının təmin edilməsi əmr edilib. Əmr edilir ki, atəş üçün mövqelər hesablansın və döyüş tətbiqinə dair sənədlər tam şəkildə tərtib olunub doldurulsun. Sənədlə əmr olunur ki, artileriya hərbi hissələrində 40 kilometr məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M-21 stansiyası ayrılsın: “Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş vəziyyətində maşınlarda saxlanılsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmazdan əvvəl yüklənsin”.
Əmrin icrasına nəzarət “ordunun artilleriya üzrə komandirinin müavininə” tapşırılıb.
Əmrə “atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı” da əlavə olunub. Siyahıda Azərbaycanın 70-dək yaşayış məntəqəsinin, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Beyləqan, Ağcabədi, Yevlax, Bərdə rayonarının və kəndlərinin adları yer alıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 20-də davam etdiriləcək.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Siyasət
Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi...
Siyasət
“Azərbaycan” məhəlləsi – Qürur tablomuz - RAKURS
Siyasət
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak edirlər - YENİLƏNİB 2
Siyasət
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimində mənzillərin açarları təqdim olunub
Siyasət
"Tarix boyu Azərbaycan əsgəri öz şərəfli adını ləyaqətlə qoruya bilmişdir" - ŞƏRH EDİLDİ
Siyasət
Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi - İLHAM ƏLİYEV
Siyasət
Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub - PREZİDENT
Siyasət
Azərbaycan məhəlləsinin yaradılması çox gözəl hadisədir - PREZİDENT
Siyasət
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak edirlər - YENİLƏNİB
Siyasət
Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin
Siyasət
"Baş verən proseslər Azərbaycanın yerləşdiyi regiona çox yaxın məsafədə cərəyan edir" - SHAM sədri
Siyasət
"Gərginlik uzun sürərsə, regionda bır sıra iqtisadi təsirlər ehtimal ediləndir" - ŞƏRH EDİLDİ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.