EN

Azərbaycan Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi imkanlarını dəyərləndirib

Bakı. Trend:

Azərbaycan və Şimali Makedoniya Respublikası iarasında enerji,Orta Dəhliz, əczaçılıq və digər istiqamətlərdə əməkdaşlıqperspektivləri nəzərdən keçirilib.

Trendİqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu nazir MikayılCabbarovun Şimali Makedoniya Respublikası Assambleyasının sədriAfrim Qaşi ilə görüşü zamanı baş tutub.

Görüşdə Azərbaycanın Şimali Makedoniya ilə iqtisaditərəfdaşlığın möhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb.

Qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında ölkələrimizarasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünənisbətən 27%-dən çox olub. Bununla belə, bildirilib ki, birgəsəylərin gücləndirilməsi qarşılıqlı ticarəti daha da artırabilər.

Qonaqlara Azərbaycanın biznes və investisiya imkanları haqqındaməlumat verilib və Şimali Makedoniyanın iş adamları fəalişbirliyinə dəvət olunub.

Tərəflər enerji, Orta Dəhliz, kiçik və orta sahibkarlıq,əczaçılıq və digər istiqamətlərdə əməkdaşlığın perspektivlərininəzərdən keçiriblər.

Chosen
74
50
az.trend.az

10Sources