EN

Azərbaycan millisinin Ukrayna yığması ilə səfər oyununun yeri açıqlandı

ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

AFFA-dan Adalet.az-a verilən məlumata görə, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
8
adalet.az

10Sources