EN

“Liverpul” isveçli hücumçu üçün 100 milyon verir

ain.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Liverpul” “Nyukasl”ın hücumçusu Aleksander İsakı transfer etmək üçün hərəkətə keçib.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” isveçli forvard üçün 100 milyon funt sterlinqlik təkif hazırlayıb. Rəhbərlik Florian Virtslə yanaşı, bu futbolçunu da sıralarına qatmaq niyyətindədir.

“Nyukasl” klubu isə 25 yaşlı futbolçusuna görə 150 milyon funt sterlinqdən çox tələb edə bilər.

İsak son mövsümdə Premyer Liqada 23 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, yalnız Məhəmməd Salahdan (“Liverpul”) (29 qol) geri qalaraq, ikinci ən məhsuldar oyunçu olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
idmanxeber.az

2Sources