Xəbər verdiyimiz kimi, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ikinci gününə coğrafiya və ibtidai sinif üzrə tədris aparan təhsilverənlər cəlb olunub.
AzEdu.az bu gün imtahan verən müəllimlərin sayını (regionlar üzrə) təqdim edir.
Test imtahanlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 933, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 391, Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 314,
Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 281, Qarabağ Regional Təhsil İdarəsi üzrə 131, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 115, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 339, Naxçıvan Muxtar Respublikası üzrə 106, Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 214, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 241 təhsilverən iştirak edib.