EN

Son getsə, “Tottenhem” onu transfer edəcək

Bu mövsüm Avropa Liqasının qalibi olan “Tottenhem” hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, London təmsilçisi “Kristal Pelas”ın ulduz futbolçusu Ebereçi Eze ilə yaxından maraqlanır.

İngiltərə mətbuatının yaydığı məlumata görə, Premyer Liqa klubu Son Hın Minin komandadan ayrılacağı təqdirdə 26 yaşlı oyunçunu heyətinə qatmağı düşünür.

“Kristal Pelas” vinger üçün maraqlanan klublardan 60 milyon avro tələb edir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm komandası ilə keçirdiyi 43 rəsmi oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Osimhen, Çalhanoğlu transferləri: "Qalatasaray"dan açıqlamalar

"Fənərbaxça"da xaos bitmir: Futbol direktoruna "Beşiktaş"lı köməkçi

“Arsenal” onu da göndərir

"Fənərbaxça" "Real"la rəsmi danışıqlara başlayıb

Arda Turan getdi, dostu da "Eyüpspor"da qalmadı

Chosen
14
1
apasport.az

2Sources