Ajans.az xəbər verir ki, Ağdamda maaşı yığılıb qalan fəhlə, pulunu ala bilmədiyi üçün özünü hündür binadan atmaq istəyib. Hadisə ilə bağlı məlumat “Facebook” sosial şəbəkəsində yayılıb. Məlumata görə hadisə Ağdaçm şəhərində baş verib. Tikinti şirkəti pulu vermədiyi üçün işçi binanın ən hündür yerinə çıxıb və özünü atmağa cəhd göstərib. Fövqəladə Hallar Nazirliyinin işçiləri və təcili tibbi yardım maşınları dərhal hadisə yerinə cəlb olunub. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına və FHN-ə müraciət etsək də, faktla bağlı heç birindən açıqlama verilmədi.