EN

Xameneinin yaşamağa haqqı yoxdur Katz

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrailin müdafiə naziri Israel Katz İranın ali dini lideri Ayətullah Əli Xameneinin “ən ağır hərbi cinayətlərə” görə məsuliyyət daşıyacağını bildirib və İranın ali liderinin “yaşamağa haqqının olmadığını” vurğulayıb.

"Unikal" xəbər verir ki, bu bəyanat İrandan atılan ballistik raketin İsrailin cənubundakı Soroka xəstəxanasına düşməsindən sonra verilib.

"Qorxaq İran diktatoru yeraltı bunkerdə oturub və qəsdən xəstəxanalara və yaşayış məntəqələrinə hücumlar təşkil edir. Xamenei İsrailin kürəyinə atəş açmaq üçün birbaşa əmr verən müasir Hitlerdir", - Katz deyib.

O, həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə İrandakı strateji və hökumətlə əlaqəli hədəflərə hücumların artırılması barədə göstərişlər verdiyini açıqlayıb.

Gülayə Mecid 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
unikal.az

2Sources