Türkiyənin "Başakşəhər" klubu Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Dmitri Barinovla maraqlanır.
90deqiqe.Az-ın "Championat"a istinadən yaydığı məlumata görə,Türkiyə klubu artıq “Lokomotiv” və futbolçunun nümayəndələri ilə şifahi əlaqə saxlayıb.
İndi Moskva klubu Barinovun transferi üçün İstanbul təmsilçisindən rəsmi təklif göndərməsini gözləyir. Türkiyə klubu futbolçu üçün 2 milyon avro təklif etməyə hazırdır.
Rusiya Premyer Liqasının 2024/2025 mövsümündə 28 yaşlı Dmitri Barinov 26 oyun keçirib və bu oyunda 4 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin həmçinin Fonbet Rusiya Kubokunda doqquz oyunu və bir məhsuldar ötürməsi var. Transfermarkt Dmitri Barinovun dəyərini 8 milyon avro qiymətləndirir.