Prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.
Hurriyyet.az xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq Əmri ilə Naxçıvan MR Sədərək rayon prokuroru Valid Mustafayev tutduğu vəzifədən azad edilib.
Digər Əmrlə Valid Mustafayev Naxçıvan MR Prokurorluğunun DTX, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, dünən Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Naxçıvan MR-in Sədərək, Şahbuz və Kəngərli rayonlarına prokuror təyinatları həyata keçirilib.
Manset.az