EN

Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 19 iyun, AZƏRTAC

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən beynəlxalq muğam ifaçıları müsabiqəsi Azərbaycan Milli Konservatoriyasında davam edir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak edən daha bir qrup gənc istedadın birinci tur üzrə muğam ifaları təqdim olunub.

Müsabiqənin ilk turuna bu gün yekun vurulacaq və ikinci tura keçəcək ifaçıların adları açıqlanacaq.

Ümumilikdə isə, müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çindən və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı qatılıb.

Müsabiqədə Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
6
azertag.az

8Sources