"Liverpul" klubu "Nyukasl"dan Entoni Qordonu transfer etmək üçün danışıqları davam etdirir.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu Mersisayd təmsilçisinə qoşulmaq istəyir. Lakin bu, yalnız "qırmızılar" Luis Dias və Dioqo Jota kimi oyunçuları sata bilsələr, baş verə bilər.
Qordon 2023-cü ilin yayından "Nyukasl"da çıxış edir. O, başa çatan mövsüm 42 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə ingilis vingerin bazar dəyəri 65 milyon avrodur.