Bolqarıstan Tehranla İsrail arasında gərginliyin artması fonunda İrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini Azərbaycana təxliyə edib.
Reuters xəbər verir ki, bu barədə ölkənin baş naziri Rosen Jelyazkov məlumat verib.
Onun sözlərinə görə, qərar İsrailin sakinlərə Tehranıт üçüncü rayonunu tərk etməyi tövsiyə etməsindən sonra verilib. Məhz bu ərazinin yaxınlığında Bolqarıstan səfirliyi yerləşirdi.
“Bizim səfirliyimiz bu əraziyə yaxın ərazidə yerləşir və biz qərara gəldik ki, diplomatlarımız ölkəni tərk etsinlər. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək”, – Jelyazkov izah edib.
İrandan ümumilikdə 12 diplomat və onların ailə üzvləri təxliyə edilib.