EN

Lənkəranda toya gedənlər qəzaya düşüb, 5 nəfər xəsarət alıb

Lənkəranda toya gedənlər qəzaya düşüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza Ələt-Astara magistralının 165-ci km-də qeydə alınıb.

1976-cı il təvəllüdlü Fəxrəddin Mirzəyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən aşıb. Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları 1980-cı il təvəllüdlü Yeganə Vəlihəd qızı Alişanova(yoldaşı), 2003-cü il təvəllüdlü Afət Fəxrəddin qızı Mirzəyeva(qızı), 2005-ci il təvəllüdlü Fəxriyyə Fəxrəddin qızı Mirzəyeva(qızı), 1966-cı il təvəllüdlü Tahirə Vəlihəd qızı Alişanova(baldızı) və azyaşlı 2012-ci il təvəllüdlü A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.

Ailə Lerik rayonuna toy məclisinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Chosen
7
24
apa.az

10Sources