EN

Taxıl sahələrinin 30%-də biçin prosesi başa çatıb, 904 min ton məhsul yığılıb

Bakı. Trend:

Respublikada taxıl biçini davam edir, ölkə üzrə taxılsahələrinin 30 faizində biçin prosesi başa çatıb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumatverilib.

Bildirilib ki, nazirlikdə biçinin mütəşəkkil təşkilinə dairyaradılmış Operativ Qərargahın məlumatına görə, buğda sahələrinin8,6 faizi, arpa sahələrinin isə 55,3 faizi biçilib. Buğda üzrə ortaməhsuldarlıq 34.7 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 32sent/ha təşkil edir. Taxıl üzrə orta məhsuldarlıq göstəricisi ötənilin müvafiq dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur.

Bugünədək sahələrdən 904 min ton məhsul yığılıb. Hazırdarespublikanın 50 rayonunda aktiv biçin prosesi gedir. Biçinə 1534kombayn cəlb olunub. Kombaynlardan 585-i “Aqroservis” ASC-nin,949-u isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır.

Artıq Ağdam, Bərdə, Füzuli, Cəlilabad, Lənkəran, Neftçala,Saatlı, Sabirabad, Salyan və Yevlax rayonlarında arpa biçini tamyekunlaşmaq üzrədir. Bu rayonlar üzrə arpa sahələrinin 90 faizindənçoxunda biçin başa çatıb. Bir çox rayonlarda isə arpa biçini iləparalel buğda biçininə də start verilib. Hazırda ən çox buğdabiçini Yevlax (86%) və Masallı (33%) rayonlarında aparılıb.

Qeyd edək ki, biçin prosesi növbəlilik prinsipi əsasındaaparılır. Biçin prosesinin başlamadığı rayonlarda olan kombaynlarəvvəlcədən tələbata uyğun olaraq hazırlanmış dislokasiya planıəsasında aktiv biçin bölgələrinə göndərilir. Bu mexanizm kombaynaolan tələbatın ödənilməsini, məhsulun vaxtında və itkisiz yığımınıtəmin edir.

Respublikada gələn həftədən başlayaraq buğda sahələrində kütləvibiçinə start veriləcək. Ümumilikdə biçin prosesinin optimalmüddətdə başa çatdırılması proqnozlaşdırılır.

Chosen
34
23
az.trend.az

10Sources