EN

"Lokomotiv"in futbolçusu "Araz-Naxçıvan"da

"Araz-Naxçıvan” klubu heyətinə daha bir futbolçu qatıb.

Bu barədə HİT.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub Bruno Franko ilə müqavilə imzalayıb. Braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma 1 illikdir. 27 yaşlı futbolçu ötən mövsüm Sofiya "Lokomotiv”ində çıxış edib. "Lokomotiv”ə qədər o, Bolqarıstanın "Spartak” (Pleven), eləcə də Braziliyada "Matonense”, "Rio Branco”, "Batatais”, "Mogi Mirim” klublarının formasını geyinib.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Çance Simakala Ba-Muakanı transfer edən "Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.
 

Chosen
4
19
hit.az

10Sources