EN

ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi məsələləri müzakirə olunub

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi İnzibatçılığı Forumunun (FTA) ƏDV və vergi inzibatçılığı şöbəsinin rəhbəri Klauda Vargas ilə görüş keçirib.

Görüş zamanı tərəflər vergi inzibatçılığı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl idarəetmə təcrübələrinin paylaşılması və yeni texnoloji yanaşmaların tətbiqi imkanlarını müzakirə ediblər.

Orxan Nəzərli Azərbaycanın vergi sistemində həyata keçirilən rəqəmsal transformasiya, vergi şəffaflığının artırılması və riskə əsaslanan yanaşmaların tətbiqi sahəsində görülən işlər barədə ətraflı məlumat verib və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.

Klauda Vargas OECD-nin Vergi İnzibatçılığı Forumu çərçivəsində tərəfdaş ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verildiyini vurğulayıb. O, ƏDV inzibatçılığı ilə bağlı OECD-nin tövsiyələri və yeni təşəbbüsləri barədə məlumat verib.

Tərəflər ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi, beynəlxalq səviyyədə vergi şəffaflığı və məlumat mübadiləsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Chosen
5
4
vergiler.az

10Sources