İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyəyə səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, siyasətçi iyunun 21-22-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirlərinin 51-ci Xüsusi Sessiyasında iştirak edəcək.
Qeyd olunub ki, toplantının əsas gündəm mövzusu İsrailin İrana son hücumları olacaq.
Məlumata görə, iclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edəcək.
Daşqın HəsənovMissiya.Az