EN

Mina Rəşidin yeni kitabı çıxıb

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şair-publisist, "Vətən səsi"nin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mina Rəşidin uşaq və gənclər üçün nəzərdə tutulan "Əziz Peyğəmbərimiz" adlı kitabı çap edilib. Kitab "AVE print" nəşriyyatında işıq üzü görüb. Bu, Mina Rəşidin sayca 9-cu kitabıdır.

Yazıçı "Ulduz" jurnalının şöbə redaktoru Hicran Hüseynovanın kitabda yer alan yazısında qeyd edilir ki, nəşrdə Məhəmməd peyğəmbərin həyatından, ümumən İslam dininin məziyyətlərindən bəhs olunur. Müəllif bütün bu bilgiləri həm rahat, axıcı poetik dillə, həm də məktəb yaşlı uşaqların başa düşəcəkləri qədər sadə, anlaşıqlı tərzdə qələmə alıb. Sözügedən kitab imanlı-inamlı övlad yetişdirmək istəyən valideynlərə bu ülvi məqsədə çatmaq yolunda yaxından yardımçı ola bilər.

Kitabın redaktorları tanınmış imzalardan olan Sevinc Nuruqızı, Hicran Hüseynova və Ayişə Nəbi, tərtibatçı isə Elşən Şıxlıdır.

Günel QULİYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
525.az

1Sources