EN

İran xəstəxanaya hücum etdi - Netanyahudan İsrail ordusuna ƏMR

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran Beyr-Şeva şəhərindəki Soroka xəstəxanasını və mülki əhalini hədəfə alan raket hücumlarına görə cavab verəcək.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşımında bəyan edib.
"Biz Tehrandakı tiranlara bunun əvəzini tam ödədəcəyik", - deyə Netanyahu qeyd edib.
İsrail mediasının məlumatına görə, ölkənin müdafiə naziri Yoav Kaats da bununla bağlı bəyanat verib:
"Baş nazir və mən İsrail Müdafiə Ordusuna (SAXAL) İranda strateji hədəflərə və Tehrandakı hökumət obyektlərinə qarşı hücumların intensivliyini artırmaq göstərişi vermişik", - deyə o vurğulayıb.
Xatırladaq ki, bu gün səhər İran İsrailə təxminən 20 raket atıb. Onlardan bəziləri Təl-Əviv və onun ətrafındakı yaşayış məntəqələrinə düşüb. Raketlərdən biri İsrailin cənubundakı Beyr-Şeva şəhərində yerləşən "Soroka" xəstəxanasına dəyib.
Chosen
1
1
yenilik.az

2Sources