EN

Netanyahu vəd verdi: Xəstəxanaya hücuma görə qisas alınacaq

İsrailin baş naziri Benyamin Netanyahu ölkənin cənubundakı Beerşeba şəhərindəki Soroka xəstəxanasına hücuma görə İrandan qisas alacağını vəd edib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

Netanyahu sosial şəbəkədə yazıb: "İran Beerşebadakı Soroka xəstəxanasına və İsrailin mərkəzindəki mülki əhaliyə raket hücumu təşkil edib. Tehrandakı tiranlar bunun əvəzini tam ödəyəcəklər".

Yaxın Şərq mediası cümə axşamı səhər tezdən İranın raket zərbələrinin Ramat Qan və Holonda da qeydə alındığını bildirib.

İranın “Mehr” xəbər agentliyi öz növbəsində qeyd edir ki, hücumun əsas hədəfləri IDF C4I kəşfiyyat və komandanlığının böyük qərargahı və xəstəxananın yaxınlığında yerləşən “Gav-Yam” texnoparkında ordunun kəşfiyyat düşərgəsi olub. İran tərəfinin məlumatına görə, tibb müəssisəsi yalnız partlayış dalğasına məruz qalıb və ciddi ziyan görməyib.

Öz növbəsində, İsrailin "The Times of Israel" nəşri izah edir ki, xəstəxananın bilavasitə yaxınlığında heç bir hərbi obyekt yoxdur - məsələn, İsrail Müdafiə Qüvvələrinin (IDF) Cənub Komandanlığının qərargahı Sorokadan iki kilometrdən çox məsafədə yerləşir.

Chosen
23
publika.az

1Sources