EN

Millimizin Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Apasport.az xəbər verir ki, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq.

Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, A millimiz Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Aslan Kərimov: “Yalnız “Qarabağ”ı favorit hesab edirəm”

Rəşad Sadıqov: “Bizim üçün vacib olan…”

İqor Ponomaryov: "Avropa Liqasında asan rəqib olmur"

Bernd Ştange Peşəkar Futbol Liqasının qonağı oldu

“Kəpəz” və “Panatinaikos” rəsmiləri görüşüblər

Chosen
9
12
apasport.az

10Sources