EN

Mirhəsən Seyidov səyyar görüş keçirdi - Fotolar

Neftçalan Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Qəbuldan öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Aşağı Qaramanlı kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Aşağı Qaramanlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar  “Ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasət xətti ölkəmizin inkişafının və tərəqqisinin əsasını təşkil edir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, bu gün bütün sahələr üzrə  əldə olunan uğurların əsasını Prezident İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilən xarici dövlət strategiyası təşkil edir. 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənib və siyasi əlaqələr dahada genişlənib. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılan xarici siyasəti Azərbaycanı inkişaf edən demokratik ölkələr sırasına çıxarıb və Azərbaycan dünya ölkələri arasında demokratik, müstəqil və azad bir ölkə kimi tanınır”. 

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. 
Səyyar qəbul zamanı vətəndaşlar, Aşağı Qaramanlı kənd orta məktəbinin təmiri və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.







Chosen
28
4
qafqazinfo.az

5Sources