2025-ci ilin martında manatın qeyri neft ticarət çəkili nominal effektiv məzənnəsi 4.1%, real effektiv məzənnəsi isə 4.7% ucuzlaşıb.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta çəkili inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.
2025-ci ilin mart ayında illik inflyasiya Azərbaycanda 5.9% olduğu halda tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiya 9.6% təşkil edib.