İranın raket hücumu nəticəsində İsraildə ən azı 65 nəfər yaralanıb.
Bu barədə Ynet portalı məlumat yayıb.
Bildirilib ki, onlardan üçünün vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağırdır:
“42 nəfər yüngül xəsarət alıb, 18 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb”, – deyə əlavə edilib.
Qeyd edək ki, İsrail bu gün səhər tezdən İrandan yeni raket hücumuna məruz qalıb.
Raketlərdən biri ölkənin cənubundakı Beer Şeva şəhərindəki Soroka xəstəxanasına düşüb./ Globalinfo.az