EN

Laçında yeni Zabuxçay su anbarı istifadəyə verildi

BAKI, 19 iyun. TELEQRAF

Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi layihəsi çərçivəsində işlər artıq yekunlaşıb.

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev Zabuxçay su anbarına təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

Qurumun rəsmisi bildirdi ki, Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşən yeni yaradılan aqroparklar və digər istifadəçilərə məxsus ümumilikdə 12 100 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə ümumi tutumu 27 milyon kub metr olan Zabuxçay su anbarı və ondan qidalanan 51,6 km uzunluğunda təzyiqli magistral boru xətti inşa edilib. Zabuxçay su anbarının texniki göstəricilərinə nəzər saldıqda, bəndin hündürlüyü 61 metr, uzunluğu 502 metr, bəndin üstdən eni isə 10 metr təşkil edir.

Chosen
28
12
teleqraf.com

10Sources