EN

Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - ŞƏRH

Bakı.Trend:

Biz Avropaya və inkişaf etmiş ölkələrə intqrasiya edən ölkəolaraq bu baxışları dəyişməliyik.

Bunu Trend-əaçıqlamasında sabiq millət vəkili Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, turizmin inkişafı üçün buna ehtiyacvar:

“Büdcənin artımı, yeni iş yerlərinin yaranması, kafeteriya vərestoranların inkişafı üçün bizə kazino ilə əlaqədar müsbət qərarlazımdır. Bu təbii ki, dövlətin nəzarəti altında, xüsusi lisenziyaverilən yerlərdə olacaq. Buna münasibətim müsbətdir. Yetər ki, bufəaliyyət kifayət qədər dövlət tərəfindən tənzimlənsin və şəffafolsun”.

R.Quliyev bildirib ki, burada turistlərin sayının kəskin formadaartması baş verəcək:

“Gürcüstanın dövlət büdcəsinə kazinolardan yarım milyard dollaraqədər gəlir daxil olur. Bəs niyə bu sahədən biz də faydalanmayaq?Hesab edirəm ki, bu sahə Azərbaycanda daha böyük potensialamalikdir və əldə olunacaq gəlir bir milyard dollardan da artıq olabilər. Bundan əlavə, bu sahənin inkişafı aviabiletlərin satışı,aeroportların fəaliyyəti, eləcə də kafe, restoran və ticarətobyektlərindən istifadə nəticəsində sahibkarlara ciddi qazancgətirəcək. Eyni zamanda, bu istiqamətdə atılacaq addımlar minlərləgənc üçün yüksək maaşlı iş yerlərinin yaradılmasına səbəb olacaqki, bu da iqtisadi və sosial baxımdan müsbət haldır”.

Ekspert Xalid Kərimli isə Trend-ə açıqlamasında bildirib ki, kazino əyləncənövüdür, bunu turizmin inkişafı üçün əsas amil kimimüəyyənləşdirilə bilməz:

"Turistlər azadlığı və əyləncəni sevirlər. Məsələn, turistlərİrana gedib oradakı məhdudiyyətlərdən zövq almırlar. Biz özümüz dəhansı ölkədə qiymətlər münasibdirsə, təbiət gözəlliyi və əyləncəimkanları varsa, ora üstünlük veririk. Əksinə, sərt dini və sosialqaydaların tətbiq olunduğu yerlər turistlər üçün cəlbedici olmur.Kazino isə bu baxımdan əyləncə imkanlarının genişləndirilməsideməkdir və turistləri cəlb edən amillərdən biri kimi çıxış edəbilər. Bu, ölkəyə marağın artmasına müsbət təsir göstərə bilər.Amma əlbəttə, turist axınının artıb-artmayacağı zamanla bəlliolacaq. Çünki kazino əsas deyil, sadəcə turizmi stimullaşdıranamillərdən biridir”.

Turizm eksperti Rəhman Quliyev isə Trend-ə bildirib ki, Avropada, ABŞ-də və bəziAsiya ölkələrinin iri şəhərlərdə də kazinolar fəaliyyətgöstərir:

“Kazinoların hansı formada və hansı konseptdə fəaliyyətgöstərməsi ölkənin öz prioritetlərindən asılıdır. Lakin dünyatəcrübəsi göstərir ki, kazinolar yüksək seqmentə aid turistlərincəlb olunmasında mühüm rol oynayır. Məlumdur ki, Azərbaycanda artıquzun illərdir kazinolar fəaliyyət göstərmir. Halbuki, ölkəmizəgələn turistlərin əhəmiyyətli bir hissəsi məhz əyləncə və vaxtkeçirtmək üçün belə məkanlar axtarır. Bu baxımdan, kazinolarınyenidən və müasir tələblərə uyğun formada fəaliyyətə başlamasıturizmin inkişafına ciddi təkan verə bilər”.

“Kazinolar ölkəyə əlavə gəlir gətirə biləcək potensiallısahələrdən biridir. Təsəvvür edin, kazinoya görə Azərbaycana gələnturistlər əsasən yüksək gəlirli, yəni üst seqmentə aid şəxslərolur. Belə turistlərin bir nəfərinin xərclədiyi məbləğ, bəzən 100adi turistin xərclədiyi vəsaiti üstələyir. Bu baxımdan, kazinoməqsədilə ölkəyə gələn turistlər daha zəngin olur və nəticəetibarilə ölkə iqtisadiyyatına daha çox fayda verirlər. Hesabedirəm ki, bu sahə bizim üçün strateji bir "atış nöqtəsi" olabilər. Kazinolar vasitəsilə Azərbaycan yeni bir turist portfeliformalaşdıra və daha yüksək gəlirli turistləri cəlb edə bilər.Əksinə, bu, yalnız əyləncə deyil, həm də yüksək gəlir gətirəniqtisadi fəaliyyət sahəsi kimi çıxış edə bilər”- deyə turizmeksperti vurğulayıb.

Məqalədə:
Chosen
6
az.trend.az

1Sources