EN

Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dolları ötüb

Bu ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar birbaşa xarici investisiya yatırılıb.

Gundem.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) statiatika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin birinci rübü üzrə tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki bu ilin yanvar-may aylarında Azərbaycanın reallaşmış aktivləri 413 milyon dollar azalıb.

"Ölkəmizin starateji valyuta ehtiyatları 2,5 milyard dollar artaraq 73,5 milyard dollar həcminə çatıb", - deyə S. Nuriyev əlavə edib.

Chosen
2
3
gundem.az

6Sources