20 iyun 2025-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazis müalicə alqoritmi” mövzusunda təlim keçiriləcək. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, yüksəkixtisaslı ümumi cərrah, t.ü.f.d., Dr. Namiq Novruzov seminar iştirakçılarına xoledoxolitiazisin diaqnostika və müalicəsində müasir yanaşmalar, endoskopik və cərrahi müdaxilə metodları, eləcə də klinik praktikada tətbiq olunan müalicə alqoritmləri barədə ətraflı məlumat verəcək.
Təlim çərçivəsində real klinik hallar üzərində müzakirələr aparılacaq və iştirakçılara praktik tövsiyələr təqdim olunacaq. Seminar ixtisaslı həkimlər və tibb rezidentləri üçün açıqdır. Öncədən qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat və əlavə məlumat üçün: (051) 232 66 64.