EN

Naxçıvanda ümumi daxili məhsul istehsalı 600 milyon manata yaxın olub

Naxçıvan, 19 iyun, AZƏRTAC

Carı ilin yanvar-may aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 598 milyon 755 min 900 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,7 faiz artaraq 1270,4 manat təşkil edib.

Chosen
1
1
azertag.az

3Sources