ain.az bildirir, Demokrat.az portalına istinadən.
"Bu güzəştlərin nəinki müddətinin uzadılması, daha da genişləndirilməsi lazımdır. Ölkəmizdə avtopark çox köhnədir. Ekoloji bərbad vəziyyətdə olan avtomobillərin sayı çoxdur. Elektrik avtomobillərinin gətirilməsinə edilən güzəştlər 3 il yox, hətta 5 illik olmalıdır".Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
"Güzəştlər tətbiq olunarsa, ölkənin avtomobil parkının yenilənməsi və daha ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsinə səbəb ola bilər. 3 illik avtomobillər çox bahadır. İnsanların çox zaman buna maddi olaraq gücü çatmır. 5 illik avtomobillərin gətirilməsinə güzəşt tətbiq edilsə, xaricdən daha uyğun qiymətə avtomobillər gətirmək mümkün olacaq".Qeyd edək ki, 2026-cı il yanvarın 1-də ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlər başa çatır.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.