EN

Dövlətə məxsus nəqliyyat vasitələri hərraca çıxarılır

BAKI, 19 iyun. TELEQRAF

Avqustun 19-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Müdafiə Nazirliyinə məxsus 18 ədəd, Dövlət Ehtiyatları Agentliyinə məxsus bir ədəd və Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna məxsus bir ədəd nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki, nəqliyyat vasitələrinin buraxılış illəri 1972-2009-cu illəri əhatə edir, hərracda ilkin satış qiymətləri isə 1 200 manatdan 119 min manata qədər dəyişir.

Qeyd edək ki, hərracda iştirak etmək istəyən şəxslər əvvəlcədən 10 faiz beh ödəməlidirlər.

Chosen
3
teleqraf.com

1Sources