EN

Pilotsuz uçuş aparatları yeni nəsil terror riski kimi dəyərləndirilir

Məsafədən idarə olunan aviasiya sistemləri (MİOAS) terrorçular üçün yeni və asan əldə edilə bilən hücum vasitəsi olaraq qiymətləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Bu sistemlərə döyüş başlıqları və partlayıcı qurğular yerləşdirməklə potensial təhlükəli hücumlar həyata keçirilə bilər. MİOAS-ların idarə edilməsi asandır və bazarda geniş yayılıb. Bu, onların təhlükə mənbəyinə çevrilmə ehtimalını artırır. Qeyd edilir ki, bu günə qədər belə hücumlar barədə konkret sübutlar az olsa da, onların texniki potensialı və niyyətlər ciddi araşdırılmalıdır. 2016-cı ildə İraqda baş verən insident nəticəsində iki nəfər həyatını itirmişdi. Məlum hadisə bu tip texnologiyaların real təhlükəyə çevrilə biləcəyini göstərir.

Chosen
15
heftelik.az

1Sources