Rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan iki ay müddətinə həbs edilib.
Heftelik.az-ın məlumatına görə, Ermənistan məhkəməsinin qərarına əsasən, Karapetyana qarşı “hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış” maddəsi üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Samvel Karapetyan son vaxtlar ölkədəki siyasi vəziyyətlə bağlı hakimiyyətə qarşı kəskin tənqidi çıxışlar etmişdi.