EN

İran İsrail ərazisində xəstəxanaya raket zərbəsi endirib, azı 10 nəfər yaralanıb

İran İsrail ərazisinə raket hücumları həyata keçirib.

APA xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, atılan ballistik raketlərdən biri Beer-Şeva şəhərində yerləşən “Soroka” xəstəxanasına düşüb.

Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.

Ölkənin əksər bölgələrində hava hücumu sirenləri səslənir, mülki əhaliyə isə sığınacaqlarda qalmaq tapşırılıb.

Təl-Əvivdə də raket zərbələrindən sonra dağıntılar qeydə alınıb.

Chosen
15
9
apa.az

10Sources