EN

Bu gün sertifikasiya imtahanlarının ikinci günüdür

Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir.

 

AzEdu.az xəbər verir ki, sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edir.

 

Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

 

Bu gün coğrafiya və ibtidai sinif müəllimləri sertifikasiyadan keçəcək. 

 

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

 

Qeyd edək ki, dünən keçirilən imtahanda 2019 müəllim iştirak edib. Prosesin ilk günündə 95 faiz davamiyyət qeydə alınıb.

 

Xatırladaq ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərə tədris fənni üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.

 

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

Chosen
7
azedu.az

1Sources