EN

Arda Turan ''Beşiktaş''a rəqib ola bilər

Ötən mövsümü 4-cü pillədə tamamlayan ''Beşiktaş'' yeni mövsümdə Avropa Liqasında oynayacaq və mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

"Football-plus.az" xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində ''qartal''ın mümkün rəqibi bəlli olub.

Mümkün rəqiblər arasında ''Luqano'', ''Braqa'', ''Anderlext'', ''Midtyullan'' kimi klublarla yanaşı ''Şaxtyor'' - ''İlves'', ''Legiya'' - ''Aktobe'', ''Partizan'' - AEK Larnaka və ''Şeriff'' - ''Priştina'' cütünün qalibi var idi. ''Ağ-qaralar'' ''Şaxtyor'' - ''İlves'' cütünün qalibi ilə qarşılaşacaq. İlves Finlandiyanın Tampere şəhərini təmsil edən bir klubdu. Yəni Arda Turanın İstanbul nəhənginə rəqib olmaq ehtimalı yüksəkdi. Arda bir müddət öncə Donetsk klubunun başına keçmişdi.

Ole Qunnar Sulşerin komandası ilk oyunu iyulun 24-də öz meydanında keçirəcək. Cavab oyunu isə iyulun 31-də baş tutacaq.

Məlum olduğu kimi Ukrayna klubları uzun müddətdi, avrokuboklarda ev oyunlarını başqa stadionlarda keçirmək məcburiyyətindədi. ''Şaxtyor'' yeni mövsümdə ev oyunlarını Sloveniyanın paytaxtı Lyublyanada yerləşən ''Stojiçe'' stadionunda keçirəcək. Yəni ''Beşiktaş'' cavab matçını ya Sloveniyada, ya da Finlandiyada keçirəcək.

AL-də əsas mərhələyə vəsiqə qazanmaq üçün ümumilikdə 3 rəqibi keçməli olan ''Beşiktaş'' 2-ci təsnifat mərhələsi səddini aşa bilməsə, mübarizəni Konfrans Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək.

Chosen
8
1
football-plus.az

2Sources