Azərbaycan Cüdo Federasiyasının (ACF) Prezidenti Rəşad Nəbiyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 100 kq çəki dərəcəsində bürünc medal qazanan Zelim Kotsoyevi sosial şəbəkə hesabında təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə federasiya prezidenti paylaşımedib.
Paylaşımda deyilir: “Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Zelim Kotsoyev bürünc medal qazanıb. Zelimi bu əlamətdar nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində tatamiyə çıxacaq bütün cüdoçularımıza uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan yığması bu çempionatda ümumilikdə 3 bürünc medal qazanıb. Zelim Kotsoyevdən əvvəl Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) fəxri kürsünün 3-cü pilləsində yer alıblar.