EN

ABŞ ın ağır bombardmançı təyyarələri İrana hücuma hazırlaşır Atəşkəs deyil, zəfər gözləyirəm

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın İrana hücum planlarını təsdiq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” nəşri yazıb.

Nəşr hökumət mənsublarına söykənərək, Trampın iyunun 17-də hücumla bağlı əmri imzaladığını iddia edib: "Lakin o, hazırda İsrailin hücumunun nəticəsini və Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini gözləyir. Böyük ehtimala Tramp yaxın günlərdə Tehranın nüvə obyektlərinə ABŞ-ın ağır bombardmançı təyyarələrinin zərbə endirmələrinə əmr verəcək. Bölgədəki Amerika ordusu artıq tam hazır vəziyyətə gətirilib".

Tramp isə hücum əmri ilə bağlı sualdan yayınıb: "Mən atəşkəs deyil, açıq zəfər istəyirəm".

Məlumatda o da deyilir ki, ABŞ-ın Mərkəzi Ordu Komandanlığının tabeliyindəki üç nəhəng təyyarədaşıyan gəmi İranı həm Aralıq dənizi, həm də Oman (ərəb) dənizi istiqamətlərindən döyüşəhazır vəziyyətdə müşahidə altında saxlayırlar

Samir MUSAYEV

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
mia.az

2Sources