
Avropa İttifaqı ölkələri müdafiə layihələrinin maliyyələşdirilməsi üçün 1,5 milyard avroluq proqram hazırlayıb.
Reyting.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadla “Reuters” agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, komponentlərin ən azı 65 faizi Avropa İttifaqı və ya tərəfdaş ölkələrdən alınmalıdır. Kritik texnologiyalar üçün istisnalar ola bilər.
Qeyd olunur ki, proqramın qarşıdakı bazar ertəsi təsdiqlənməsi gözlənilir.
“Məhdudiyyətlərin tənqidinə baxmayaraq, ümumi razılıq əldə olunub”,- məlumatda deyilir.
Y. QACAR