Türkiyənin məşhur serialı olan “Kızılcık şerbeti”nə yeni aktyor daxil olacaq.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni mövsümdə aktyor Erkan Avcı da rol alacaq.
O, layihədə “Asude”nin qardaşı oğlunu canlandıracağı bildirilir.
Qeyd edək ki, E. Avcı sonuncu dəfə “Kızıl Goncalar” serialında oynayıb.